Tuesday, May 18, 2004

باهارلی شانلی ائلیمدیر



Baharlı şanlı elimdir
باهارلی شانلی ائليمدير


استاد غلامرضا بهاری


او دؤوران كي دؤيوشلرله O dövran ki döyüşlərlə
قيلينچلار بؤلدو دونياني Qılınclar böldü dünyanı
ايراندا تورك اوجاغيندان İran'da Türk ocağından
قـورولـدو "مـاد"ين بونياني Quruldu Mad'ın bünyanı


قيلينچلار هئي كسيپ بيچدي Qılınclar hey kəsib biçdi
زامان سئل تك گليپ گئچدي Zaman sel tək gəlib geçdi
دوشنلر يوكلنيب كؤچدو Düşənlər yüklənib köçdü
بيراخدي خالقا دونياني Biraxdı xalqa dünyanı


آشيب دونياني سئـللرله Aşıb dünyanı sellərlə
قوشوشدوم شانلي ائللرله Qoşuşdum şanlı ellərlə
دومانلي٬ داشلي يوللارلا Dumanlı, daşlı yollarla
گليـب تاپـديم "همداني" Gəlib tapdım Həmədan'ı


سوروشسان اصليمي "توركم" Soruşsan əslim Türk'əm
"باهـارلي" شانلي ائليمدير "Baharlı" şanlı elimdir
"باهار"يم جيسمـدير جانا Bahar'ım cismdir cana
"ديليم" ده جيسميمين جاني Dilim də cismimin canı


نژاديم ييرمي دؤرد طايفا Nəjadım yirmi dörd tayfa
قوزئـىدن گلميش ايرانا Quzeydən gəlmiş İran'a
بابام تاريخين ايسترسن Babam tarixin istərsən
"دولان آختـار "اوغوزخاني Dolan axtar "Oğuz Xan"ı


"باهارلي" بير بولاقدير كي "Baharlı" bir bulaqdır ki
دوشـوب آيري دنيزيندن Düşüb ayrı dənizindən
جوشار تا سولماسين هئچ واقت Coşar ta solmasın heç vaxt
"باهار"يـن باغي- بوستاني Bahar'ın bağı, bostanı


هر اينسانلا وطنداشام Hər insanla vətəndaşam
ولئيـكن "تورك"ه قارداشام Vəleykən Türk'ə qardaşam
هر آغلار گؤزده قان ياشام Hər ağlar gözdə qan yaşam
گـوواهيمـدير اوره ك قـاني Güvahımdır ürək qanı


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home