Tuesday, May 18, 2004

گئري دونمه! گئتمك گرك



بوشئعري بؤيوک تورک ائلی "باهارلو" ائلينه ايتحاف ائليرم :
Bu şeri böyük Türk eli "Baharlı" elinə ithaf elirəm

ح. شريفي ( باهارلی)


گئري دؤنمه! گئتمك گرك Geri dönmə! getmək gərək


يوللار بوتون دومان اولسا Yollar bütün duman olsa
داغ- دره لـر بـوران اولسـا Dağ-dərələr boran olsa
گول- چيچكلر تيـكان اولسا Gül çiçəklər tikan olsa
گئري دؤنمه! گئتمك گرك Geri dönm! getmək gərək!


بولبول كؤچسه، سولسا چيچك Bülbül köçsə, solsa çiçək
دونيــا اولســا يــالان٬ كــلـك Dünya olsa yalan, kələk
قــان آغـلاتـسـا سنـي فــلـك Qan ağlatsa səni fələk
گئري دؤنمه! گئتمك گرك Geri dönm! getmək gərək!


آديـن- سانـين گـيزلتـسه لـر Adın, sanın gizlətsələr
ائـليـن- اوبـان داغـيـتسـالار Elin, oban dağıtsalar
"تورك"لويون اينكار ائتسه لر Türklüyün inkar etsələr
گئري دؤنمه! گئتمك گرك Geri dönm! getmək gərək!


يول كسسه لر، يول آچ٬ قورخما! Yol kəssələr, yol aç, qorxma
ديل كسسه لر، ديل آچ٬ قورخما! Dil kəssələr, dil aç, qorxma
آغلاتـسـالار، سئـل آچ٬ قورخما! Ağlatsalar, sel aç, qorxma
گئري دؤنمه! گئتمك گرك Geri dönm! getmək gərək!


يـالانچيني يـالان تـوتـار Yalançını yalan tutar
قان تؤكه ني ده قان توتار Qan tökəni də qan tutar
ظالـيم عؤمرو سونا يئـتر Zalim ömrü sona yetər
گئري دؤنمه! گئتمك گرك Geri dönm! getmək gərək!


"تورك"سن، "باهارلو" اوغلوسان "Türk"sən, "Baharlı" oğlusan
"علـي شـكر بـيگ" اوغـلوســـان "Əli Şəkər Bəy" oğlusan
تـورك ائــللريـنه باغـليـسيــن Türk ellrinə bağlısan
گئري دؤنمه! گئتمك گرك Geri dönm! getmək gərək!


حميد رضا شريفي( از: شهر بهار = استان همدان)


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home