Monday, June 21, 2004

دانيبسان آنا ديلين !



غلامرضا بهاری (باهارلی) همدان اوستانينين بهار (باهار) شهريندن
Qulamrıza Baharı (Baharlı), Həmədan ostanının Bahar (Bəhar) şəhərindən


Danıbsan Anadilin دانيبسان آنا ديلين !


مـن ائـللرين، بـوغـازدا بوغـولمـوش سـوالىيـام Mən ellərin boğazda boğulmuş sualıyam
مـن اؤلكـه مين شفـقـده باخـان آي هيـلالىيـام Mən ölkəmin şəfəqdə baxan ay hilalıyam

سن بيـر قـارانليـغا سيـخيـليب، دويـغو دويمايـان Sən bir qaranlığa sıxılıb, duyqu duymayan
مـن، دان زامـاني، آيـدا قوپــان گـون خيالىيـام Mən dan zamanı ayda qopan gün xəyalıyam

بيـر كاسـه آشـدان اؤتـرو، دانيـبسان آنـا ديليـن Bir kasə aşdan ötrü, danıbsan ana dilin
منـدن ده ايسـته مـه، كي گـليب كـاسـه يالىيـام Məndən də istəmə, ki gəlib kasə yalıyam

سن قوردا قويروغون سيخان ايت، من ده بير قوزو Sən qurda quyruğun sıxan it, mən də bir quzu
يئـتـمز سَـسـيم چـوبـانـا، سـورومـدن آرالىيام Yetməz səsim çobana, sürümdən aralıyam

مـنـدن اگـر اؤز ائللـريـمـه سَــس يئتيـشمه يير Məndən əgər öz ellərimə səs yetişməyir
اؤز بختـيـمين، اويـوندا جيـريلميـش قـاوالىيــام Öz bəxtimin, oyunda cırılmış qavalıyam

چـوخ دا گووه نـمه شهريـده، قصـرين هـاوالـىدير Çox da güvənmə şəhridə, qəsrin havalıdır
مـن سَـس وئـررسه م ائللـره، سنـدن هـاوالىيام Mən səs verərsəm ellərə, səndən havalıyam

نـه اوز وئـريب زمـانه ده، كـي كيمسه سؤيله مير Nə üz verib zəmanə də, ki kimsə söyləmir
هـاردا ائـويم، نـه يئـرده ائلـيـم، يـا هـارالىيـام Harda evim, nə yerdə elim, ya haralıyam

آديم "باهارلي"، يوردوم آدين ايسته سه ن، "باهار" Adım "Baharlı", yurdum adın istəsən "Bahar"
ايـرانـلـي يام، "اوغـوز"لارين ايتـگيـن مـاحـالىيام İranlıyam, Oğuzların itgin mahalıyam


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home