Monday, June 21, 2004

آذربايجان اوغلويام



آذربايجان اوغلويام Azərbaycan oğluyam


تـورك اوغـلويام٬ ازلدن آتام قـاني منده دير Türk oğluyam, əzəldən atam qanı məndədir
تـورك ائللرين حيمساسه لري، شاني منده دير Türk ellərin himasələri, şanı məndədir

"مـاد"لار ديـارينين اوجـا "الوند"ي يئي بيلير Madlar diyarının uca Əlvənd'i yey bilir
بـو بؤلگه نين باهـاري٬ گـولوستاني منده دير Bu bölgənin baharı, gülüstanı məndədir

داغـلار كيـمي دايانمشيام اؤز چنلي يوردوما Dağlar kimi dayanmışam öz çənli yurduma
كـوراوغلـونون دا شش پري قالخاني منده دير Koroğlu'nun da şeşpəri qalxanı məndədir

داغ اولـماسايدي داغـلار آخارميش دنيز اولا Dağ olmasaydı dağlar axarmış dəniz ola
من او داغـام كي چايلارين عونواني منده دير Mən o dağam ki çayların unvanı məndədir

ساحـيلده ائيلَشَن، نـه بيلير ان باهـار چـاغي Sahildə əyləşən nə bilir ən bahar çağı
اوردا سـحر يئـلي، دولـو طـوفاني منـده دير Orda səhər yeli, dolu tufanı məndədir

فيـكر ائتمه كي اونـوتموش اولا قارداشيم مني Fikr etmə ki unutmuş ola qardaşım məni
قارداشيم اولسا "آذري باي"، "جـان"ي منده دير Qardaşım olsa "Azər Bay", "Can"ı məndədir

"موللا" دئميشدي: داعوا بيزيم يورغان اوسته دير Molla demişdi da'va bizim yorqan üstədir
اينـدي قاچـيبدي بير پـارا٬ يورغاني منده دير İndi qaçıbdı bir para, yorqanı məndədir

آذربايـجان اوغلـويام٬ آديـم "باهـارلی"ديـر Azərbaycan oğluyam, adım Baharlıdır mənim
قـورقـود کيتابی٬ "بابـک"يميز قانـی منده دير Qorqud kitabı, Babək'imiz qanı məndədir


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home