Monday, June 21, 2004

هاردادير ائليم؟



غلامرضا بهاری (باهارلی) همدان اوستانينين بهار (باهار) شهريندن
Qulamrıza Bəhari (Baharlı): Həmədan Ostanının Bəhar (Bahar) şəhərindən


هاردادير ائليم؟ Hardadır elim


خيـال داغـلارينـدا، قول ـ قانـات آچديم Xəyal dağlarında, qol qanat açdım
اؤزومــو سيمـورغـون ميـثـالي گـؤردوم Özümü Simurq'un misalı gördüm
ايستـه ديم اوغـرايام قـاف زيـروه سيـنـه İstədim uğrayam Qaf zirvəsinə
قـاف داغيـن، آتـالار خيـالـي گـؤردوم Qaf dağın, atalar xəyalı gördüm


دئـديم نـه لر گئـچـيب قـوجـا وطـنـده Dedim nələr geçib qoca vətəndə
گـؤنـلومـون قـوقـنوسو سئلكيـندي منده Gönlümün Qoqnus'u selkindi məndə
اوچـدوم گئـچنلرده، قـونـدوم " الوند"ه Uçdum geçənlərdə, qondum Əlvənd'ə
"مـاد"لار آت چـاپديران ماحـالي گؤردوم Madlar at çapdıran mahalı gördüm


گـؤردوم "عـلي شكر"، "بـاهـار" ائلينده gördüm "Əli Şəkər", "Bahar" elində
آت اوســتـه دولانـيـر قيـليـنج بئـليـنده At üstə dolanır, qılınc belində
قيـزلار سئيـره چيـخميش باغـلار يولوندا Qızlar seyrə çıxmış, bağlar yolunda
بـاغـلاري قيـزلاردان صفـالي گـــؤردوم Bağları qızlardan səfalı gördüm


"بـاهـار"ين باغـلاردا آچـان گـوللـرين Bahar'ın bağlarda açan güllərin
"تبـريز"ين، "باكي"نين ، شيرين ديللرين Təbriz'in, Bakı'nın şirin dillərin
" آنـكارا"، "ناخجيوان"، "اوغوز" ائللرين Ankara, Naxcıvan, Oğuz ellərin
بيـر ـ بيره توخـونموش بيـر قالي گؤردوم Bir birə toxunmuş bir qalı gördüm


يئللر اَسيـب، قوپـدو قوزئىدن توزلار Yellər əsib, qopdu quzeydən
گؤرسنـدي سـاواشـچي دلي "اوغوز"لار Görsəndi savaşçı dəli Oğuzlar
بئلـده قيـليـنج، الـده قـانـلي تـوپـوزلار Belində qılınc, əldə qanlı topuzlar
"روم" دروازه سيـنـده جيـدالـي گؤردوم Rum dərvazəsində cidalı gördüm


رؤيـالاريـم قاچـدي، تـوتـولدو ديـليـم Röyalarım qaçdı, tutuldu dilim
دوردوم كـي سسـلنـه م: هاردادير ائليم؟! Durdum ki səslənəm: Hardadır elim
باخـديم قـوجالمـيشام٬ گـلمـيري بئـليـم Baxdım qocalmışam, gəlmiri belim
فقـري ده بـوينـومون وبـالـي گـؤردوم Fəqri də boynumun vəbalı gördüm


سئـوگي شـاعيرىيَم، آديـم "بـاهـارلــي" Sevgi şairiyəm, adım "Baharlı"
دوشـونجـه داغـلاريـم دومـانلي ـ قـارلي Düşüncə dağlarım dumanlı, qarlı
بيـر عؤمـور يـاشــاديم، اَلـي قـابـارلـي Bir ömür yaşadım, əli qabarlı
وارلىني، يـوخسـولون زوالـي گؤردوم Varlını, yoxsulun zəvalı gördüm


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home