Sunday, July 11, 2004

تركى را پاس بداريم



تركى را پاس بداريم- هفته نامه سينا- همدان


روزنامه همشهرى. شماره 2940‏‎ ‎‏‏،‏‎ Dec. 27,2002 دي1381 ، ‏‎ جمعه6‏‎


هفته نامه سينا در تازه ترين شماره خود خواستار پخش برنامه به زبان تركى از شبكه سيماى استانى مركز همدان شد. اين نشريه با درج مطلبى با عنوان "تركى را پاس بداريم" يك صفحه كامل خود را به اين موضوع اختصاص داد.


سينا در اين مطلب با اشاره به پخش موسيقى "عاشيقى" در يكى از برنامه هاى اين شبكه و استقبال از آن مىنويسد: در اين برنامه كه "عاشيق حيدر" با ساز "چؤگور" آن را نواخت٬ دل و جان مردم اين استان به ويژه تركها را با تنين روح بخش ساز خود عطرآگين كرد. هفته نامه سينا ادامه مىدهد: آيا شبكه صدا و سيماى استانى همدان نمىتواند و نبايستى به شناساندن تمامى وجود فرهنگى٬ هنرى٬ علمى٬ ادبى و ... تركزبانان همت گمارد؟ چرا شبكه استانى همدان برنامه هايى تهيه نمىكند كه به زبان تركى يعنى زبان ٦٠% از جمعيت اين استان باشد؟ اين نشريه ادامه مىدهد: اكنون جوان كرد٬ ترك٬ تركمن٬ بلوچ و عرب ايرانى از خود مىپرسند آيا گفت و گوى تمدنها و فرهنگها فقط مصرف خارجى دارد؟



Söz arası (şərh) -Varlığın Sesi- Sayı 8
Heydər'in sazı, xalqın gözü ·
Məryəm


Son zamanlar Cənubi Azərbaycanda gedən hadisələr bölgədə yaşayan soydaşlarımızın həyatında bir dönüş yaradıb. Azərbaycan xalqı artıq bütün hadisələri sağlam şuurla izləyir və yeri gəldikdə düzgün qiymətləndirməyi bacarır. Bu olduqca təqdirə layiq addımdır. Azərbaycanda gedən dirçəliş prosesi əlbəttə ki, İran hökümətini qorxutmaya bilməz. Artıq hakim qüvvələr çox yaxşı başa düşürlər ki, bu prosesin qarşısını almaq imkansızdır. Bunun üçün də bütün sə’ylərini toplayıb, Azərbaycan xalqını təzyiqləər altında saxlamağa can atırlar.


İllər boyu Fars şovinistləri tərəfindən əzilən Azərbaycan xalqı isə bu təzyiqlərə artıq son qoymağa qərar verib. Bununla bağlı son zamanlar çox işlər görülüb. Ulu bir tarixi olan Azərbaycan xalqı sülhsevərliyi, beynəlmiləlçiliyi, qonaq pərvərliyi ilə yaxşı tanınıb. Bəlkə də elə bu xususiyyətlərinə görə Azərbaycan Türkləri ağı düşmənlərin pəncəsi altına düşüb. Azərbaycanlıların bu xoş məramlı niyyətlərindən düşmən qüvvələr hər zaman öz xeyirləri üçün istifadə edib.


Azərbaycan xalqı hər zaman öz qonşularına e'tibar edib və onlara e'timad göstərib. Amma əvəzində xəyanətlə üzləşib. Xəyanət!.. Bu söz nə qədər dəhşətli olsa da qəbul etməliyik ki, bir millət kimi biz məhz xəyanətin ucbatından həmişə əzilmişik. Özlərini bizə dost kimi qələmə verən, əziz qonaq kimi ocağımızın başında oturan, əslində isə çirkin niyyətli bu ünsürlər bizimlə bir süfrədə çörək kəsib, sonra da torpaqlarımıza basqı ediblər. Bax budur Azərbaycanın bəlası: e'tibar, e'timad, sadəlövhlük və s...


Bəlkə də bizlər bir az qəddar, bir az şovinist, bir az soyuqqanlı olsaydıq bu bəlalarla üzləşməzdik. Mümkündür ki, belə olduğu halda düşmənlər bizdən ehtiyat edər və yeri gəldikdə qorxardılar da. Amma Azərbaycan xalqı nə qəddar, nə millətçı, nə də soyuqqanlı ola bilməz. Çünki bizim kökümüz odda bitib, qanımız alovla qızınıb. Qəlbimizin şö’ləsi hər bir insan (millətindən asılı olmayaraq) yolunda məş’əl olub. Bizlər başqaların sevincindən alovlanıb, kədərlərindən yanıb közə dönmüşük. Bəli, biz Azərbaycan övladlarıyıq... Anamız bizi odla əmizdirib. Elə bunun üçün də bizlər mənfi xususiyyətlərə malik ola bilmərik.


Məgər İran düvlətinin 50% -dən çoxunu təşkil edən Azərbaycan xalqı, əks qüvvələr qarşısında dura bilməzdi? Əlbəttə ki, bilərdi. Amma Azərbaycanlılar heç vaxt intiqam hissi ilə yaşamayıb. Azərbaycan övladları sülhə səs verib və bu amalla da irəliləyir. Amma bu o demək deyil ki, biz öz sülhsevərliyimizlə kimliyimizi, tariximizi, mədəniyyətimizi, nəhayət ulu torpağımız olan Azərbaycanı yabançıların tapdaqları altına ataq. Yox !.. Artıq yetər!.. Bir millət kimi, bütün dünyaya özümüzü tanıtmaq vaxtı çatmışdır. İranda gedən hadisələr bir daha göstərir ki, Azərbaycan xalqı artıq özünü tanımaq imkanlarını əldən vermək istəmir. Bununla bağlı təbliğat işlərı sürətlə gedir.


Alınan mə'lümatlara görə, bu yaxınlarda Həmədan şəhərində nəşr olunan “Sina”həftəlik qəzetində “Azərbaycan Türkcəsi” başlığı altında çap olunan yazıda Həmədan televiziyasında aşıq (Azərbaycan) musiqisinin yayımlandığı bildirilib. Qəzet yazır ki, aşıq Heydər öz sazı ilə Həmədan xalqını özünə məftun edib.”Sina” qəzeti sualla müraciət edib. Bu müraciətilə qəzet Həmədan televiziya və radiyosunda Azərbaycan Türkcəsində verlişlərin hazırlanıb efirə verilməməsinə e’tirazını bildirərək yazır: “Əhalinin 60%-ni təşkil edən Azərbaycanlıların yaşadığı bir ərazidə niyə bu günə qədər Türk dilində elmi, ədəbi, mədəniyyəti ilə bağlı verlişlər hazırlanmır. Nə üçün Azərbaycan milləti öz dilində xəbərlərə qulaq asa bilmir?”


Doğrudan görəsən niyə Azərbaycan xalqının mə’nəviyyatı bu qədər sındırılır? İran Höküməti özünü dünyaya beynəmiləlçi kimi göstərdiyi halda, Azərbaycan torpaqlarında xalqın öz dilində verlişlərin hazırlanmaması nə qədər doğrudur? Budurmu beynəlmiləlçilik? Budurmu başqa millətlərə göstərilən qayğı?


Zəngin iste’dada malik olan Azərbaycan övladları məgər televiziya və radiyo vasitəsilə öz iste’dadlarını göstərə bilməz? Bəlkə də Fars şovinistləri elə bundan qorxur? Bəli, Azərbaycan’ın mədəniyyət, ədəbiyyat, tarix zənginliyidir qorxudan onları. Çünki bu zənginlik meydana çıxarsa, əzilən əks qüvvələr olacaq. Gəlin əmin olaq ki, bu belə də olacaq!


Aşıq Heydər sazın çalar.
Ona baxan gözlər dolar.
Millət bir gün ayağa qalxar,
Əsarətdən bil qurtular!
Öz dilində məktəb açar,
ülmətlərdən ışıq saçar...
Düşmən qalar bir gün naçar,
Azərbaycan qanad açar!
Uçar, uçar, səddlər aşar
Bulaq olub qaynar, daşar,.
O ayları illərə qoşar
Azərbaycan yaşar, yaşar!
Aşıq Heydər sazın çalar,
Xalqın gözü ona baxar.
Oğul- qızlar ayağa qalxar
Haqq yolunu bir gün tapar!
* * *


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home