Sunday, July 11, 2004

HƏMƏDAN - AZƏRBAYCAN'IN QƏDİM YURDU

Təbii və tarixi zənginliyi olan bu ərazimiz haqda nə bilirik?


HEMEDAN - AZERBAYCAN'IN QEDİM YURDU


Vətən Azərbaycan'ın parça-parça bölünməsi nəticəsində Türk öz kökündən aralı düşür. Bununla millətimizin enerjisi parçalanır. Bölünmüş millətimiz Farslaşdırılır, Ruslaşdırılır və s.


Vətənimizin bir parçası da Həmədan'dır. Bura qədim Midiya'nın paytaxtı olub. Bu başkənd Ekbatan adlanır. Mərhum ziyalımız doktor M. T. Zehtabi “İran Türklərinin əski tarixi” əsərində belə yazıb: “Bugünkü Həmədan və ya qədim Ekbatan Mad (Midiya - S.) dövlətinin paytaxtı, başkəndi idi. Mad dövlətinin başkəndi olduğu dövrdə Həmədan olduqca böyük, abad və gözəl olmuşdur. Şübhəsiz, məhv olmuş və bu gün yer altında qalan Mad və Həmədanın bu zəngin mədəniyyəti çox yəqin ki, miladdan qabaq 6-7-ci yüzilliklərə aid deyil. Ondan çox qabaqların - Madların babaları olmuş Qutti ve Lullubilərin Miladdan qabaq 2 və 3-cü min illiklərinə mənsub mədəniyyətidir. Madlar bu mədəniyyətin varisi olmuşlar...”


Güney Azərbaycan'ın bu bölgesində qədimdə gözəl binalar, möhtəşem sarayların olduğu haqda səyyahlar öz yazılarında bildiriblər. Ekbatan yerlə yeksan olaraq torpaq altında qalıb. Burada Türk'ün tarixi gizlənir. Onun öyrənilməsi üçün arxeoloji işlər görülməlidir. Amma bunu kimlər görəcək? Görsələr belə, onun Türk mədəniyyətinə aid olduğunu bildikdən sonra açıqlayacaqlarmı? Əlbəttə ki, yox. Çünki Həmədan da Güney Azərbaycan'ın başqa bölgələri kimi Fars şovinizminin əsarəti altındadır...


Həmədan Əlvənd dağının yaxınlığında, dağ ətəyində yerləşir, onun ərazisi 20172 kv.km, əhalisi 1 milyon 677957 nəfərdir (1996-cı ilin mə'lumatına görə). Şəhər əhalisi 42,2, kənd isə 57,8 faiz təşkil edir. Əyalətdə bir kv.km-ə 86,8 nəfər düşür.


Həmədan əyaləti şimaldan Güney Azərbaycan'ın Zəncan əyaləti, cənubdan Loristan, qərbdən Baxtəran və Kürdüstan, şərqdən Mərkəzi əyalətlərlə həmsərhəddir.


Vətən Azərbaycan'ın hər qarışı ona görə gözəl deyil ki, bura vətəndir. Bu yerlərin həm də təbiəti gözəl olduğundan vətənimiz füsunkardır. Həmədan da belə bölgələrimizdəndir.


Buranın özünəməxsus gözəlliyi, güllü-çiçəkli çəmənliyi, meyvələrlə zəngin olan bağ və meşəleri var. Həmədan alma, üzüm, qoz, badam və s. meyvələrlə yanaşı, dərman və müalicə bitkiləri ilə də zəngindir. Bölgəmizdə Düzəx, Gəzənd, Fəran bağları, Artiman bağları, Sərkan, Şəhər dərələri və s. bu kimi gözəllikləri əks etdirən yerlər var. Fəran dərəsi 400 ha Artiman dərəsinin sahəsi isə 600 ha-dır. Buralar bağlı-bağatlı ərazilərdəndir. Nəhavənd şəhərinin 25 kilometrliyində 200 ha sahəsi olan meşə var. Bu meşədə hər cür meyvələrə rast gəlmək olar. Pəhləvi sülaləsi dövründə bu meşəliyin böyük bir hissəsi məhv edildi. İndi orada bir sıra bərpa işlərini görmək mümkündür. Amma Tehran rejimi Güney Azərbaycan'ın başqa bölgələrinə göstərdiyi ögey münasibəti buradan da “əsirgəmir”.


Əyalət yeraltı və yerüstü sularla da zəngindir. Burada bir birindən dadlı olan bulaqlar, kəhrizlər və çaylar var. Talvarçay, Qaraçay, Qılçıqçay, Xürrəmçay, Quruçay sahilləri həm mənzərəli, həm də ərazinin su ehtiyatını ödəyir. Burada Ağgöl gölü var. Qaraçay'ın suyu bura tökülür. Bu gölün təbiəti o qədər mənzərəlidir ki, yaz və yay fəsillərində əhali dincəlmək üçün oralara gəlir.


Əyalətin 802560 ha əkinə yararlı torpaq sahəsi var. Onlardan 286751 ha suvarılır, 585809 ha dəmyədir. Bölgənin inkişafına diqqəti ayrılmadığı ucbatından bu torpaqlar suvarılmır. Hərçənd suvarılan torpaqlarda məhsuldarlığın yüksək olduğu hamıya bəllidir.


Güney Azərbaycan'ın bu bölgəsi tarixi abideləri ilə də zəngin bir ərazimizdir. Burada Türk tarixinin sirlərini özündə saxlayan təpələr, kitabələr, bazar yerləri, saray, qala, körpülər, karvansara və hamamlar var. Madlar dövründə tikilmiş Hökmtəpə sarayının qalıqları, “Nuşican” qalası, “Çubin” qalası, Həmədan şəhəri yaxınlığındakı Qız qalası, “Fərsəfc” körpüsü, “Sınıq” körpü və başqalarını misal göstərmək olar. Təəssüflər olsun ki, tarixi abidələrimiz də baxımsızlıq ucbatından Ekbatan şəhəri kimi yer altına gömülməkdədir. Bu kimi təbii tarixi gözəlliyi olan Azərbaycan bölgəsində turizmi də inkişaf etdirmək olar. Amma Türk'ə və ona mənsub ərazilərə həmişə ögey yanaşan, əhalisi ilə bir yerdə Azərbaycan'ı sevməyən hakimlər buraların gəlişməsində nə o vaxt (Pəhləvilər dövründə), nə də indi maraqlı görünmürlər.


Həmədan əyaləti gümüş, qurğuşun, qıranit, əhəng daşı, tikinti üçün yararlı olan çeşidli materiyallar, habelə gəc, limonit, silis və s. yeraltı sərvətlərlə zəngindir.


Azərbaycan'ın başqa şəhərləri kimi Həmədan da özünün xalı-xalçası ilə məşhurdur.


Zəngin tarixə və təkraredilməz təbii gözəlliyə malik Güney Azərbaycan'ın Həmədan bölgəsi dünyanın ən böyük şəxsiyyətlərinin də uyuduğu bir ərazidir. Burada əbu Əli ibn Sina, Arif Qəzvini (Paniranist rasistdir. Həmədan Azərbaycan), Baba Tahir, Mirməhəmməd Rəziəddil Artimani, Eynəlquzzat Həmədani, Qoca Baba ve başqalarının məqbərələri yerləşir.

S. SOLTAN


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home