Tuesday, July 26, 2005


Həmədan


نوت: يانليشليقلارلا دولو اولان بو يازي٬ ائديت ائديلمه ميشديرּ مּبּ


Həmədan'ın yaranma tarixi xiristianlığın yaranmasından əvvəl dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay paytaxtı olmuşdur, sonradan adı dəyişilib Ekbatan və ya Heqmatani kimi tanınmışdır. Həmədan şərq sivilizasiyasının mərkəzlərindən biri sayılır. Tarixi mə'lumatlara görə bu şəhərdə Həft Həssar (7 duvar) adlı 1000 otaqlı qala olmuşdur... 19000 kv.km. artıq sahəsi olan Həmədan əyaləti İran'ın qərb hissəsində yerləşmişdir. Həmədan şimaldan Zəncan əyaləti ilə, cənubdan Lorestan, şərqdən Mərkəzi əyalətlər ilə, qərbdən isə Kermanşah və Kürdüstan ilə sərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Həmədan'ın ən hündür zirvəsii 3574m. olan Əlvand dağıdır. Həmədan'ın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır.

Həmədan'ın ərazisində müxtəlif mənşəli xüsusi mədəniyyəti və adət-ənələri olan əhali yaşayır. Son istatistik məlumata görə burada 1,650,000 əhali yaşayır. Əhalinin əksəriyyəti Müsəlmanlardır. Və əyalətin ayrı-ayrı rayonlarında əhali Türk, Lak, Lori, Fars və Kürd dillərində danışırlar, hamı Fars dilini bilir və başa düşür. Əhalinin əsas hissəsi vilayətin 6 şəhərində yaşayır. Həmədan'da: (Əyalətin paytaxtı), Məlayer'də, Nəhavənd'da, Tonsərkan'da, Kəbud rahəngd'a, Əsədabad'da. Əyalətin əhalisi əsasən kənd təsərrüfatında və yeyinti sənayesinin müəssisələrində işləyirlər. Həmədan şəhərində İran'ın böyük əyalətləri və şəhərlərinə - Qəzvin'ə, Tehran'a, Kermanşah'a, Məlayer'ə, Borucəz'də, Savə'yə gedən yollar kəsişir. Gəlin Həmədan'a səyahətə çıxaq: Həmədan vilayətinin əsas şəhəri

Məlayer
Həmədan şəhərinin 90 km cənubunda yerləşir. Dağlıq yer olan Məlayerin sabit iqlimi var. Şəhərin qədim tarixi var. Məlayyerin keçmiş adı Dövlət Abad olub. Əsasən Qacarlar dövründə tikilibdir. Tanınmışı ticarət mərkəzinə çevrilməsinə Xuzestan yolunun üstündə yerləşməsi səbəb olmuşdur. Şəhərin kənarında qədim mağaralar var. Mərkəzində isə qədim qalaların qalıqları öz əzəmətini saxlamaqdadır. Məlayerin gözəl üzüm bağları, parkları və qonaq evıləri səyahətçiləri gözləyir.

Nəhavənd
Həmədanın 150 km-də yerləşən Nəhavənd qədim tarixi şəhərlərdən biridir. Bu şəhər Sasani və ərəb qoşunlarının daim müharibə apardığı yerdir. Qədim ariya tayfalarının mərkəzi olmuşdur və aparılan arxeoloci qazıniılar burada inkişaf etmiş qədim sivilizasiyanın olmasını təsdiq edir. Sasani dövrünə aid tarixi abidələr və arxeoloci tapıntılar Nəhavəndin yaxınlığında da olan Qara Joqha kəndində aşkar edilmişdir. Ümumiyyətlə şəhərin ətrafı çox qədimdir. Şəhər sənətkarların əl xalçaları məşhurdur. Əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğuldur.

Toysərkan
3 kəndin Toy, Sərkan və Şəkan birləşməsi nəticəsində yaranan Toysərkan şəhəri Həmədan şəhərinin cənubunun 100 km-də yerləşir. Qədim adı Roudlar olubdur. Monqol işğalı zamanı tamamilə dağıdılıb və xalq adları yuxarıda çəkilən kəndlərdə məskunlaşıb və bununla da tam qırılmaqdan xilas olmuşdular. Toysərkan şəhərinin mərkəzi qədim tarixi abidələr ilə zəngindir. Baba Kamal, Roudlar, Şahristan təpələri, qədim Sasani şəhərinin qalıqları, Səfəvilər dövrünə aid Şeyx Əli Xan məktəbi, Qacar dövrünün bazarı.

Kəbud rahəng
Həmədanın şimalından 50 km aralıqda yerləşir. Əsas kənd təsərrüfatı zonasıdır və bu ərazinin inkişaf edilməsi bir neçə il bundan əvvəl başlamışdır.

Əsədabad
Dağlıq şəhər olan Əs ədabad islam həmrəylik hərəkatının rəhbərlərindən biri olan Seyid Jəmaləddin Əs ədabadi Əl-Əfqaninin vətənidir. Əs ədabad İranın telekommunakasiya sənayesinin yerləşdiyi sahələrindən biridir.

Həmədanın tarixi
Həmədan tək İranın yox, həm də bütün dünyanın qədim şəhərlərindən biridir. Yaranma tarixi xristianlığın yaranmasından əvvəl dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay paytaxtı olmuşdur, sonradan adı dəyişilib Ekbatan və ya Heqmatani kimi tanınmışdır. Həmədan şərq sivilizasiyasının mərkəzlərindən biri sayılır. Tarixi məlumatlara görə bu şəhərdə Həft Həssar (7 divar) adlı 1000 otaqlı qala olmuşdur və o, öz əzəmətinə görə Babil şəhərindən heç də geri qalmırdı.

İranın ətrafında bütün xalqlar qədim dövrdən ta orta əsrlərə kimi Həmədanı əllərinə keçirməyi arzulayırdılar. Şəhər bir neçə dəfə işğala məruz qalıb. İlk dəfə Assuriyalılar Həmədanı dağıdıblar. Monqol və Teymurləngin qoşunlarının işğalı zamanı şəhər yenidən yerlə yeksan edilmişdir. Osmanların hücumunu Həmədanlılar qəhrəmancasına dəf edə biliblər. Həmədan məşhur yazıçı, müəllimlər, şairlər vətənidir. Bu şəhərdə Eynəlgüzzat Həmədani, Xayə Rəşidəddin Fəzlullah, Adham Həmədani, Baba Tahir Üryan və Mirzadə Eşqi yaşayıb yaratmışlar. İbn Sinanın və Baba Tahirin məzarları bu şəhərdədir. Həmədan islam dövründə də bir mərkəz kimi öz əhəmiyyətini saxlamışdır.

Həmədan bugün
Həmədan Tehranda 336 km aralıda Əlvənd dağının ətəyində yerləşir. Ulduzvari İmam Xomeyni adına meydan şəhərin mərəkəzində yerləşir və meydandan şaxələnən yollar şəhərin bütün qütblərinə aparır. Bu meydanda qədim tarixi abidələr də az dleyil. Şəhərin mərkəzində olan tarixi memarlıq abidələri qorunub saxlanır. İndiki dövrdə şəhərin yenidən qurulması və genişləndirilməsi şəhərin tarixi simasını dəyişdirməmişdir.

Həmədan'ın görməli yerləri
Həmədan şəhəri sərin və sabit iqlimə malikdir. Bütün səyahətçilərin yadında qalan yerlərdən Əlvənd dağının zirvəsinin, Abbasabad təbiət vadilərinin mənzərələri olmuşdur. Aparılan arxeoloci qazıntılar zamanı Midiya və Əhəmənilər dövrünə aid nadir tapıntılar aşkarlanmışdır. Qədim lövhələr, qızıl və gümüş əşyalar Həmədanın tarixi muzeyində özünəməxsus yer tutmuşlar.

Həmədan'da səyahət eləməli tarixi yerlər hələ də çoxdur. Onların bir neçəsinin adını çəkmək istəyirik:

Daş Şir (Şir daşı)
Daşdaş düzəlmiş və şirə oxşayan bu tarixi abidə Parfiya dövrünə aiddir.

İbn Sinanın memarlıq abidəsi
Məşhur alim İbn Sinanın məzarı və onun üstündə olan türbə 1954-cü ildə tikilmişdir. Bu türbə qədim Qabus Voşmiq şəhərinin qülləsi ruhunda bəzədilmişdir. Burada əlyazmalar kitabxanası yerləşir. Kompleksin həyətinəd Qacarlar dövrünün tanınmış şairi və bəstəkarı Əbülqasim Arifin məzarı yerləşir.

Baba Tahir məqbərəsi
Həmədanın gözəl parklarından biri də romantik şerlər müəllifi Baba Tahirin məqəbərəsi tikilmişdir. Və bura həmədanlıların ən çox ziyarət etdikləri yerlərdən biridir.

Müqəddəs yerlər
Həmədan xalqı həmişə müqəddəs yerlərə, pirlərə dərin hörmət və ehtiram bəsləmişdir. Həmədanda tanınmış İmamzadə İsmayılın, İmamzadə Abdullanın adı ilə bağlı müqəddəs yerlər, movzaleylər, cami məsçidləri və xanekahlar vardır.

Epiqrafik abidələri Həmədanda səyahət eləyən turistlərin əksəriyyəti Epiqrafik yazıları olan abidləri görmək istəyirlər. Bu yazılar Əlvənd dağında olan qalanın divarlarında təsadüf olunur və epiqrafik yazıları Əhəməni dövlətinin hökmdarı Daranın dövrünə aiddir. İndi bu abidələri görmək üçün Abbasabadın gözəl tarixinə təşrif göstərmək lazımdır.

Ələvilər məqbərəsi
Bu Həmədanda olan mühüm əhəmiyyətli islam abidəsidir. Məqbərə Həmədanın mərkəzi meydanında, səlcuqlar dövründə tikilmişdir. Bu məqbərədə Ələvilər ailəsinin 2 üzvünün məzarı var.

Qurban gülləsi Şəhərin şərq hissəsində yerləşən bu abidənin kərpicdən tikilmiş 12 guşəli məqbərə və formaca piramidaya oxşayır.

Ester və Mordexay məqbərəsi
Daşdan tikilmiş bu kompleksin içində taxta qutularda antik dövründən qalmış Tövratın əlyazmaları vardır. Adları Tövratın bu əlyazmalarında çəkilən iki yəhudinin: Xaşayarşahın həyat yoldaşı və onun dayısının məzarları da bu kompleksdə yerləşir.

Mağaralar
Həmədanın dağlarında saysız-hesabsız mağaralar var. Alisods mağarasını xüsusilə qeyd etmək lazımdır. Yerli əhali onu Əlisədr və Əlisad adlandırırlar. Bu mağaranın içində uzunluğu 10 km-ə kimi olan göl də var. Mağaranın divarları və tavanı heyranedici stalaktitlərlə örtülmüşdür. Mağaranın içində və göldə heç bir canlı yaşamır, bunun da əsas səbəbi təbii gün işığının olmamasıdır.
Mağaranı seyr etmək üçün turistlərə qayıqlar və katerlər təklif olunur. Mağaranın orta hündürlüyü 8 metrdir. Lakin bəzi yerlərdə hündürlük 40 metrə çatır.

Heyvanlar aləmi
Həmədan əyalətinin mühaizə edilən iki qoruğu var. Biri qərbdə Əs ədabadda, o birisi şərqdə Məlayerdə - Laşkarda. Əs ədabad qoruğu öz quşları ilə məşhurdur: ördəklər, qazlar, şahin və s. Vəhşi heyvanlardan bəbir, boz ayı, sıldırım qayalarda turlar və antiloplar yaşayırlır.

Əyalətdə səyahət və turizm
Turizm və səyahət üçün Həmədan bütün infrostrukturaya malikdir. Geniş yollar, nəqliyyatın bütün növlərinin dəqiq işləməsi, telekommunikasiyanın inkişafı bu vilayəti səyahət etməyi asanlaşdırır. Həmədanın aeroportu yerli və beynəlxalq reysləri həyata keçirir.

Həmədan suvenirləri
Həmədan gözəl əl xalçaları, keramik qab-qacağı və dəri məmulatları ilə məşhurdur. həmədan xalçaçılıq mərkəzidir. İran xalçaçılıq kompaniyasının mərkəzi ofisi burada yerləşir. Həmədan xalçaları öz gözəl naxışları ilə bütün dünyada şöhrət qazanıb. Laleyin kəndi - Həmədan incəsənət keramikasının mərkəzidir. Burada çoxlu keramika emalatxanaları var, burada yüzlərlə rəssam və usta gözəl incəsənət əsərləri yaradırlar.


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home