Tuesday, April 17, 2007



همدان حاديثه لري موناسيبتينه

گونئي آزربايجان ميللي بيرليک شوراسي-نين بياناتي
(يازينين سونوندا ميللي شورانين تشکيلات سيستئمي تانيتيليب)

آزربايجانين همدان (اوخباتان) ويلايتينده سون گونلر باش وئره نلر بير ياندان ميللي حرکتيميزين ديرچه ليشيني گؤسته ريرکن بير طرفدن ده غددار فارس شووينيزمينين قيلينجينين ايتيلدييينين گؤسته ريجيسي اولموشدور.

شوبهه يوخدور کي، او ويلايتين باهار شهه رينين ميللت وکيلي، فئورييه آيينداکي بياناتيندا بؤلگه ده آزربايجان تورکلرينين ميللي حاقلاريندان دانيشارکن تئهران داها بتر تيتره تمه يه دوشموشدور. همداندا موعلليم سويداشلاريميزين حاقلي ايسته کلريني آسدي- کسدي و قمه غدداره ايله قارشيلايان رئژيم اصلینده چاره سيز دورومدا اولدوغونداندير کي، شريف اؤيره تمنلريميزين قوللاريني زنجيرله ميشدير.

فروردين آيينين ۱۸-ينده همدان اؤيره تمن اوجاغيندا گئچيريله ن ايجلاسا هوجوم ائده ره ک ۴۵ نفري ياخالايان پوليس گوجلري، اورادا اولمايانلارين ائولرينه هوجوم ائده ره ک قانداللاماسي قطعييتله شووينيزمين کيريخديغندان خبر وئرمکده دير. آياغا قالخميش ميللتيميز، بئلي بوکولموش فاشيزمه بير داها ديرچه لمه ايمکاني وئرمه يه جکدير.

بيز “گونئي آزربايجان ميللي بيرليک شوراسي” آزربايجان-يميزدا گئده ن بوتون عدالتلي موباريزه لري دسته کله يه ره ک اؤزه لليکله همدان موعلليملرينين سون قالخيشيني آلقيشلايير و بو حرکتي بوتون ميللتيميزه تبريک دئييريک. بو موباريزه نين يانيندا اولدوغوموزو ائعلان ائده ره ک بوتون ايمکانلاريميزلا اونون گوجله نمه سينه چاليشاجاغيميزي بيان ائديريک.

گونئي آزربايجان ميللي بيرليک شوراسي بو گونه قده ر ميللي آزادليق و يئنيله شمه يولوندا جانلاريندان گئچه ن بوتون موعلليملرين-او جومله دن دئهقانيلرين، سادتيلرين، نابديللرين،…زئهتابيلرين، خاطيره لريني عزيز توتور، موعلليملريميزين تاريخ بويو ميللي حرکاتيميزا ائتدييي عوضسيز خيدمتلري داييم ائحتيراملا خاطيرلايير. بوتون شهيد موعلليملريميزين روحو قارشيسيندا باش اَه يه ره ک، آزربايجان ميللي حرکاتينين اوخباتان شاخه سينين ۶ ايل اؤنجه ميللت يولوندا وئردييي شهيدي حؤرمتله ياد ائده ره ک بوتون فعاللاريميزدان ايصرارلا ايسته ييريک کي، بو بؤلگه ده کي ديرچه ليشه اللريندن گله ن دسته يي وئرسينلر، يارديمي ائتسينلر.

رحمتليک علي به ي کمالينين ۲۰ ايل اؤنجه او بؤلگه ده تک باشينا باشلاتديغي ميللي فعالييتي ياد ائده ره ک بوگون ساوه، قوم و همدانداکي موثبت نتيجه لريني خاطيرلاتماق ايسته ييريک. اؤيره تمنلريميزين ميللي تفککورلولرينين هر بيريسينين اولدوغو مکتب و يا سينيفده بير گنجين اويانماسيني تامين ائتمه سي “گله جک بيزيمدير” شوعارينين تطبيق ائتمه سي دئمکدير.

“ميللي شورا” آزربايجانين تاريخي توپراقلارينداکي ديرچه ليش فعالييتلرينه داها چوخ اؤنه م وئره ره ک “تئهران-ين باشيني تئهران-دا قاتماق” سيياستيني يئريدير. بوتون بونلاري نظرده آلاراق او بؤلگه لرده کي سويداشلاريميزين موتشککيل اولماسي، ميللي هدفلريميزه آپاران يولون ييخيلماز کؤپروسو ساييلير. اونا گؤره دير کي، بيز اساس فعالييتيميزي گونئيه يؤنه لده ره ک تاريخي توپراقلاريميزدا ياشايان سويداشلاريميزين هاميسيني بير چاتي آلتيندا توپلاماغا جان آتيريق.

بو سيياستله باغلي “ميللي شورا” نيظامنامه سينين بعضي بندلرين آشاغيدا تقديم ائده ره ک تاريخي توپراقلاريميزدا گؤنوللولريميزين سيستئملي فعالييتي باشلاتماسيني ضروري گؤروروک.

اوميد ائديريک کي، بوتون بؤلگه لرده او جومله دن همداندا ميللي فعاللاريميز اهالينين ايچينه گيره ره ک بو حسساس گونلرده اوغره تمنلريميزين ايسته کلريني دسته کله مکله بيرليکده موتشککيل و سيستئماتيک چاليشمالاري باشلاداجاقلار.

گونئي آزربايجان ميللي بيرليک شوراسي حبس اولونموش موعلليملرين درحال و قئيدسيز-شرطسيز آزاد اولونماسيني، ايشلرينه برپا ائديلمه لريني طلب ائدير.

گونئي آزربايجان ميللي بيرليک شوراسي
۱۴/۰۴/۲۰۰۷



Həmədan hadisələri münasibətinə

Azərbaycanın Həmədan ( Oxbatan ) vilayətində son günlər baş verənlər bir yandan milli hərəkətimizin dirçəlişin göstərirkən bir tərəfdən də qəddar fars şovinizminin qılıncının itildiyinin göstəricisi olmuşdur. Şübhə yoxdur ki, o vilayətin Bahar şəhərinin millət vekili, Fevral ayındakı bəyanatında bölgədə Azərbaycan Türklərinin milli haqlarından danışarkən Tehran daha betər titrətməyə düşmüşdür. Həmədanda müellim soydaşlarımızın haqlı istəklərini asdı- kəsdi və qəmə qəddarə ilə qarşılıyan rejim əslində çarəsız durumda oldugundandır kı, şərif öğrətmənlərimizin qollarını zəncirləmişdir. Fərvərdin ayının 18-də Həmədan öğrətmən ocağında geçirilən iclasa hücüm edərək 45 nəfəri yaxalıyan polis gücləri, orada olmuyanların evlərinə hücum edərək qandallaması qətiyyətlə şovinizmin kırıxdığndan xəbər verməkdədir. Ayağa qalxmış millətimiz, beli bükülmüş faşızmə bir daha dirçəlmə imkanı vermiyəcəkdir.

Biz “Güney Azərbaycan Milli Birlik Şurası “Azərbaycanımızda gedən bütün ədalətli mübarizələri destəkləyərək özəlliklə Həmədan muellimlərinin son qalxışını alqışlayır və bu hərəkəti bütün millətimizə təbrik deyirik. Bu mübarizənin yanında olduğumuzu elan edərək bütün imkanlarımızla onun güclənməsinə çalışacağımızı bəyan edirik.

Güney Azərbaycan Milli Birlik Şurası bu günə qədər milli azadlıq və yeniləşmə yolunda canlarından keçən bütün müəllimlərin-o cümlədən Dehqanilərin, Səadətilərin, Nabdillərin,...Zehtabilərin, xatirələrini əziz tutur, müəllimlərimizin tarix boyu milli hərəkatımıza etdiyi əvəzsiz xidmətləri daim ehtiramla xatırlayır. Bütün şəhid müəllimlərimizin ruhu qarşısında baş əyərək, Azərbaycan milli hərəkatının Oxbatan şaxəsinin 6 il öncə millət yolunda verdiyi şəhidi hörmətlə yad edərək bütün fəallarımızdan israrla istəyirik ki, bu bölgədəki dirçəlişə əllərindən gələn dəstəyi versinlər, yardımı etsinlər. Rəhmətlik Əli bəy Kəmalının 20 il öncə o bölgədə tək başına başlatdığı milli fəaliyəti yad edərək bugün Savə, Qum və Həmədandakı müsbət nəticələrini xatırlatmaq istəyirik. Öğrətmənlərimizin milli təfəkkürlülərinin hər birisinin olduğu məktəb və ya sinifdə bir gəncin oyanmasını təmin etməsi “ gələcək bizimdir “ şuarının tetbiq etməsi deməkdir.

“Milli Şura “ Azərbaycanın tarixi topraqlarındakı dirçəliş fəaliyətlərinə daha çox önəm verərək “ Tehranın başını Tehranda qatmaq” siyasətini yeridir. Bütün bunları nəzərdə alaraq o bölgələrdəki soydaşlarımızın mütəşəkkil olması, milli hədəflərimizə aparan yolun yıxılmaz köprüsü sayılır. Ona görədir ki, biz əsas fəaliyətimizi güneyə yönəldərək tarixi topraqlarımızda yaşayan soydaşlarımızın hamısını bir çatı altında toplamağa can atırıq.

Bu siyasətlə bağlı “ Milli Şura” nizamnaməsinin bəzi bəndlərin aşağıda təqdim edərək tarixi topraqlarımızda gönüllülərimizin sistemli fəaliyəti başlatmasını zəruri görürük.

Umid edirik ki, bütün bölgələrdə o cümlədən Həmədanda milli fəallarımız əhalinin içinə girərək bu həssas günlərdə oğrətmənlərimizin istəklərini dəstəkləməklə birlikdə mütəşəkkil və sistematik çalışmaları başladacaqlar.

Güney Azərbaycan Milli Birlik Şurası həbs olunmuş müəllimlərin dərhal və qeyd-şərtsiz azad olunmasını, işlərinə bərpa edilmələrini tələb edir.

Güney Azərbaycan Milli Birlik Şurası – 14. 04. 2007


Share/Bookmark

0 Comments:

Post a Comment

<< Home